"Benfika"nın üzvü də millimizə qarşı oynamayacaq - Ukrayna yığmasında zədəli sayı 5 OLDU

Sabah DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisini qəbul edəcək Ukrayna yığması daha bir itki ilə üzləşib.
"Mediasport" xəbər verir ki, baş məşqçi Polşada baş tutacaq qarşılaşmada Georgi Sudakovun da xidmətindən istifadə edə bilməyəcək.
Məlumatı Ukrayna Futbol Federasiyası yayıb. "Benfika"da oynayan 23 yaşlı vinger iki gün əvvəl İslandiya ilə matçda zədə alıb.
Xatırladaq ki, daha əvvəl Viktor Çıqankov, Aleksandr Timçik, Aleksandr Zubkov və Roman Yaremçuk da zədəyə görə heyətdən çıxarılmışdı.
Krakov şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.