"Qarabağ"ın potensial rəqiblərinin oyununda 5 cavabsız qol oldu

"Qarabağ"ın potensial rəqiblərinin oyununda 5 cavabsız qol oldu

UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycanın yarışda təmsilçisi "Qarabağ" Bakıda meydana çıxıb.

Ağdam klubunun 3-cü raundda potensial rəqibləri "Şerif" və "Makkabi" Moldovada üz-üzə gəliblər.

Türkiyə nəhəngi "Beşiktaş" da doğma azarkeşləri qarşısında oynayıb.

Cavab matçları iyulun 30-da baş tutacaq.


UEFA Avropa Liqası. 2-ci təsnifat mərhələsi. İlk oyunlar


Qarabağ (Azərbaycan) – ÇSKA (Sofiya, Bolqarıstan) 0:0

Dinamo (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan) 2:3

Hammarbü (İsveç) – Anderlext (Belçika) 1:1

Şerif (Tiraspol, Moldova) – Makkabi (Təl-Əviv, İsrail) 0:5

Tromsö(Norveç) – Hradeç (Çexiya) 0:1

Beşiktaş (Türkiyə) – Midtyullann (Danimarka) 1:0

Senkt-Qallen (İsveçrə) – Benfika (Portuqaliya) 2:1

Tvente (Niderland) – Ferensvaroş (Macarıstan) 1:2

Hayduk (Split, Xorvatiya) – Pafos (Kipr) 2:0