UEFA Avropa Liqası: 6 komanda pley-offa vəsiqəni rəsmiləşdirdi

UEFA Avropa Liqası: 6 komanda pley-offa vəsiqəni rəsmiləşdirdi

UEFA Avropa Liqasında 6 komandanın pley-offa vəsiqəni təmin etməsi dəqiqləşib.

"Mediasport" xəbər verir ki, bu, əsas mərhələnin 6-cı tur görüşlərindən sonra müəyyənləşib.

"Olimpik Lion" (Fransa), "Midyullan" (Danimarka), "Aston Villa" (İngiltərə), "Betis" (İspaniya), "Frayburq" (Almaniya) və "Ferensvaroş" (Macarıstan) son iki turun nəticəsindən asılı olmayaraq, ilk "24-lük"də yer alacaq.

Xatırladaq ki, əsas mərhələdə ilk 8 komanda birbaşa 1/8 finala, 9-24-cü yerləri tutan kollektivlər isə pley-offda çıxış edəcəklər.