"Qalatasaray" səfər, "Fənərbağça" ev sınağında - UEFA Avropa Liqası

"Qalatasaray" səfər, "Fənərbağça" ev sınağında - UEFA Avropa Liqası

UEFA Çempionlar Liqasının ardından Avropa Liqasında da pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

Mediasport xəbər verir ki, 1/8 final uğrunda 8 görüş baş tutacaq.

Türkiyənin yarışda təmsilçiləri - "Qalatasaray" və "Fənərbağça" da mübarizəni bu raundda davam etdirəcəklər.

Okan Buruklu "cim-bom" Niderlandda "AZ Alkmaar", Joze Mourinyolu "bülbüllər" isə İstanbulda "Anderlext"lə üz-üzə gələcəklər.

Raundun cavab qarşılaşmaları fevralın 20-də reallaşacaq.


UEFA Avropa Liqası. Pley-off mərhələsi. İlk oyunlar


21:45. “Ferensvaroş” (Macarıstan) - “Viktoriya” (Çexiya)

21:45. “Yunion Sent Jiloaz” (Belçika) - “Ayaks” (Niderland)

21:45. “Midtyulland” (Danimarka) - “Real Sosyedad” (İspaniya)

21:45. “Fənərbağça” (Türkiyə) - “Anderlext” (Belçika)

00:00. “Portu” (Portuqaliya) - “Roma” (İtaliya)

00:00. "Tvente" (Niderland) - "Budö Qlimt" (Norveç)

00:00. AZ (Niderland) - "Qalatasaray" (Türkiyə)

00:00. PAOK (Yunanıstan) - FKSB (Rumıniya)