Qurban Qurbanovdan prezidentin təbrikinə reaksiya - VİDEO

Qurban Qurbanovdan prezidentin təbrikinə reaksiya - VİDEO

Avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində iki görüşün nəticəsinə əsasən  (3:1, 2:3) "Ferensvaroş"u (Macarıstan) mübarizədən kənarlaşdıraraq Liqa mərhələsinə vəsiqə qazanıb.

"Mediasport" xəbər verir ki, Bakıda baş tutan cavab qarşılaşmasından sonra keçirilən mətbuat konfransında "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təbrikini oxuyub və duyğulanıb.

Xatırladaq ki, Ağdam təmsilçisinin qitənin nüfuzlu klub turnirinin Liqa mərhələsindəki rəqibləri bu gün saat 20:00-da keçiriləcək püşkatma mərasimindən sonra müəyyənləşəcək.