"Qarabağ" Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazandı

"Qarabağ" Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazandı

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilir.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə də bir matç baş tutub.

Şamaxıda məğlub olan "Qarabağ" bölgə klubunu Bakıda mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

Raundun digər iki görüşü sabaha planlaşdırılıb. Xatırladaq ki, ilk yarımfinalçı "Zirə" olub.


Azərbaycan Kuboku, 1/4 final. Cavab oyunları


4 mart (çərşənbə)

“Qarabağ” -  “Şamaxı” 3:1 (ilk oyun - 1:2)

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Zöhrab Abbasov, Rəşad Əhmədov

VAR: İnqilab Məmmədov

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

Tofiq Bəhramov adına Respublika stadionu


5 mart (cümə axşamı)

“Kəpəz” – “Turan Tovuz”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov

VAR: Kamranbəy Rəhimov

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Anar Şixəliyev

Yevlax şəhər stadionu, 14:30


“Qəbələ” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev

VAR: Kamal Umudlu

AVAR: Elvin Bayramov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Qəbələ şəhər stadionu, 18:00a


Yarımfinal


"Zirə" - “Turan Tovuz”/“Kəpəz”

"Qarabağ"/"Şamaxı" - “Qəbələ”/“Sabah”