Çakraborti Şirvanda keçirilən beynəlxalq turnirin qalibi oldu

 Çakraborti Şirvanda keçirilən beynəlxalq turnirin qalibi oldu

Şirvanda Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə "Shirvan Open 2025" beynəlxalq şahmat festivalı keçirilib.

"Mediasport" xəbər verir ki, Şirvan Olimpiya İdman Kompleksində baş tutan yarışda 8 ölkədən 240-dan çox şahmatçı mübarizə aparıb.

A qrupunda qalib adını Hindistan təmsilçisi Mayank Çakraborti qazanıb. İkinci yeri Vüqar Rəsulov, üçüncü yeri digər hindistanlı Subhayan Kundu tutub.

B qrupunda isə qalib Məhərrəm Cəfərov olub. Əli Səlimzadə ikinci, Fuad Məmmədov üçüncü sırada qərarlaşıb.

Festival çərçivəsində rapid yarışında Murad İbrahimli, blitsdə Vüqar Manafov rəqib tanımayıb.

Ümumilikdə mükafatçılara 22.650 AZN fond ayrılıb.

Festival Azərbaycan Şahmat Federasiyasının "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilən 8-ci və bu il üçün sonuncu yarışı olub.