AFFA Region Liqasında 1/8, 1/4 və 1/2 final mərhələlərinin püşkü atıldı

AFFA Region Liqasında pley-off mərhələsinin püşkü atılıb.
"Mediasport" xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirdə ilk olaraq 1/8 final mərhələsinin cütləri müəyyənləşib.
Daha sonra iştirakçı komandaların 1/4 final və yarımfinaldakı potensial rəqibləri məlum olub.
Qeyd edək ki, 1/8 final mərhələsi bir, 1/4 final və yarımfinal mərhələləri iki oyundan ibarət olacaq. 1/8 finalın matçları aprelin 26-27-də keçiriləcək.
Bu raundda cütlərdə birinci göstərilən komandalar ev sahibləri olacaqlar.
AFFA Region Liqası. 1/8 final
“Göyəzən” - “Biləsuvar”
“Record Club” – “Bərdə”
“Xudat City” - “Şirvan”
“Marafon” - “Dirçəliş”
“Çinar Zəngilan” - “Şirvan” OİK
“Xankəndi” - “Topçular”
“Ağstafa Gəncləri” - “Şirvanovka”
“Zəfər 44” - “Naftalan”