"Zirə"də debüt etmədən göndərildi - Almaniya klubunda oynayacaq

"Zirə"də debüt etmədən göndərildi - Almaniya klubunda oynayacaq

Oktyabrda "Zirə"nin yola saldığı Vensan Till özünə yeni komanda tapıb.

"Mediasport" xəbər verir ki, lüksemburqlu futbolçu karyerasını Almaniyada davam etdirəcək.

25 yaşlı vinger səviyyəcə 3-cü Liqa təmsilçisi "Valdhof"a keçib. Till Manhaym klubu ilə mövsümün sonunadək müqavilə bağlayıb.

Xatırladaq ki, "Zirə"dən rəsmi debüt etmədən ayrılan futbolçu ölkəmizdə "Sabah"da iki il forma geyinib.