"Qarabağ"ın Avropa Liqasında potensial rəqibləri müəyyənləşdi

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
"Mediasport" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə "Qarabağ"ın da potensial rəqibləri müəyyənləşib.
Qurban Qurbanovun komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) məğlub olsa, Avroliqanın III raundunda "Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.
Turnirin bu mərhələsinin görüşləri avqustun 7-də və 14-də baş tutacaq.