"Sumqayıt" göndərdiyi futbolçu ilə yenidən müqavilə bağladı

"Sumqayıt" göndərdiyi futbolçu ilə yenidən müqavilə bağladı

Premyer Liqa təmsilçisi "Sumqayıt" Masaki Muratanı heyətinə qatıb.

"Mediasport" xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son mövsümü Danimarkanın "Veyle" klubunda keçirmiş sabiq yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalayıb.

Masaki 2022/23 mövsümünün ikinci yarısı və 2023/24 mövsümündə "Sumqayıt"ın heyətində ümumilikdə 54 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.