SOCAR İtaliya millilərinin baş sponsoru oldu - RƏSMİ
SOCAR və İtaliya Futbol Federasiyası arasında Strateji Əməkdaşlığa dair Müqaviləni imzalanıb.
"Mediasport" xəbər verir ki, bu barədə AFFA prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında paylaşım edib.
Razılaşmaya əsasən, SOCAR 1 yanvar 2027-ci ildən 31 dekabr 2030-cu ilədək İtaliyanın kişi və qadınlardan ibarət futbol üzrə milli komandalarının Baş Qlobal Enerji Sponsoru olacaq.
Bu əməkdaşlığın SOCAR-ın İtaliyada uzunmüddətli fəaliyyətinin gücləndirilməsinə, beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verəcəyi qeyd olunub.

