"Beşiktaş" İsrailin UEFA reytinqində Azərbaycanı keçməsini əngəllədi

"Beşiktaş" İsrailin UEFA reytinqində Azərbaycanı keçməsini əngəllədi

Azərbaycan UEFA reytinqində mövqeyini qoruyub.

"Mediasport" xəbər verir ki, ölkəmiz həftəni 24-cü pillədə başa vurub.

Bu, UEFA Avropa Liqasının əsas mərhələsinin 5-ci turunun oyunlarından sonra dəqiqləşib.

Sıralamada Azərbaycanı keçmək imkanı olan İsrail "Hapoel" Beer-Şevanın Türkiyənin "Beşiktaş" klubuna uduzması ilə şansını qaçırıb.

Xatırladaq ki, Azərbaycanın hesabında 24,187, 25-ci olan İsrailin aktivində isə 24,125 əmsal var.

Reytinqə 109,227 xalla İngiltərə başçılıq edir.