"Sabah"dan ölüm faktına reaksiya
"Sabah" klubu Bakıda "Barselona" ilə oyunu izləmək üçün Azərbaycana gələn rusiyalı azarkeş Anton Petrişşevin vəfatı ilə bağlı başsağlığı verib.
"Mediasport" xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb:
"Anton Petrişşevin vəfatı bizi dərindən kədərləndirdi. “Sabah” FK adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".
Qeyd edək ki, Rusiyanın Krasnoyarsk diyarından Bakıya gələn, 1987-ci il təvəllüdlü Anton Petrişşev Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın ikinci hissəsində qəfil özünü pis hiss edib və dünyasını dəyişib. İlkin ehtimala görə, onun ölümünə ürəktutması səbəb olub.

