"Sabah"a 2 qol vurdu, Mbappeni qabaqlayaraq həftənin oyunçusu oldu - UEFA Çempionlar Liqası

"Sabah"a 2 qol vurdu, Mbappeni qabaqlayaraq həftənin oyunçusu oldu - UEFA Çempionlar Liqası

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci tur görüşlərindən sonra həftənin oyunçusu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, qalib adına Bakı Olimpiya Stadionunda iki qol vuran "Barselona"nın futbolçusu Entoni Qordon seçilib.

İngiltərəli vinger azarkeşlərin səsverməsinə əsasən Kilian Mbappe ("Real" Madrid), Antonio Nusa ("Leypsiq") və Kuço Ernandesi ("Betis") qabaqlayıb.

Xatırladaq ki, Qorodnun dubl etdiyi görüşdə komandası "Sabah"a 4:1 hesabı ilə qalib gəlib.