Azərbaycan Premyer Liqasında VAR-da əlavə hakim oturacaq

Azərbaycan Premyer Liqasında VAR-da əlavə hakim oturacaq

VAR hakimlərinin peşəkar inkişafı və praktiki təcrübəsinin artırılması məqsədilə Misli Premyer Liqasının 13-cü turundan etibarən bəzi oyunlarda AVAR-2 hakiminin iştirakı nəzərdə tutulub.

"Mediasport" xəbər verir ki, bu addım AFFA Hakimlər Komitəsinin Peşəkar Futbol Liqasına ünvanladığı rəsmi müraciət əsasında həyata keçiriləcək.

Qeyd edək ki, AVAR-2 hakiminin VAR otağında iştirakı yalnız təlim və müşahidə xarakteri daşıyacaq, onun oyun epizodlarının qiymətləndirilməsi və qərarların qəbul edilməsində heç bir funksional rolu olmayacaq.


Cari turda AVAR-2 təyinatları:


“Neftçi” – “Zirə”

AVAR-2: Fəridə Lütfəliyeva

“Sabah” – “Araz-Naxçıvan”

AVAR-2: İslam Məmmədov

“Qarabağ” – “Sumqayıt”

AVAR-2: Niyaz Əhmədov