"Neftçi" debütanta 13 qol vurdu, son çempion "sülh"lə başladı

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2025/2026-cı illər mövsümü start götürüb.
"Mediasport" xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Son çempion "Araz-Naxçıvan" əsas rəqibi "Baku Fire" ilə bərabərə qalıb - 2:2.
"Neftçi" debütant "Lənkəran"nın qapısından 13 top keçirib (13:1).
"Şuşa" isə U-19-la matçdan qalib ayrılıb (8:4).