"Araz-Naxçıvan"ın Çempionlar Liqasında rəqibləri müəyyənləşdi

  "Araz-Naxçıvan"ın Çempionlar Liqasında rəqibləri müəyyənləşdi

UEFA Çempionlar Liqasında 2026-2027-ci illər mövsümünün ilk püşkatma mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, ilkin və əsas mərhələdə iştirak edəcək komandaların rəqibləri müəyyənləşib.

Təmsilçimiz "Araz-Naxçıvan" əsas mərhələnin B yolunda mübarizəyə başlayacaq.

Komandamızın yer aldğı 5-ci qrupun oyunları Polşada keçiriləcək.

"Qırmızı-ağlar" "Pyast" (Polşa), eləcə də ilkin mərhələnin C ("Buba Mara" / Bosniya və Herseqovina, GİU / Gürcüstan, "Utleyra İdrettslaq" / Norveç), LYNX / Cəbəllütarıq və E ("Veilimdorf" / Almaniya, "Tallin" / Estoniya, "Unisport" / Ermənistan, "Reykyavik" / İslandiya) qruplarının qalibləri ilə üz-üzə gələcək.

Əsas mərhələnin oyunları oktyabrın 27-də noyabrın 1-dək keçiriləcək. Yalnız qrup qalibi olan komanda 1/8 finalda oynamaq hüququ qazanacaq. 

Ümumilikdə 52 assosiasiyanı təmsil edən 56 komanda yarışda iştirak edəcək.

Onlardan 32-si ilkin mərhələdə mübarisə aparacaq və 8 komanda əsas mərhələyə vəsiqə əldə edəcək.

Digər 24 klub isə əsas mərhələdən mövsümə start verəcək. 

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri bir qrupda yer ala bilməz.

Buna görə də "Unisport" E qrupunun qalibi olarsa, 5-ci qrupa F qrupunun qalibi yüksələcək.