Azərbaycan çempionu yığma komandamızda məşqçi işləyəcək
Futzal üzrə Azərbaycan milli komandasında təyinat reallaşıb.
Azərbaycan Futzal Federasiyasından "Mediasport"a verilən məlumata görə, Fərid Ələkbərov baş məşqçi Yevgeni Kukseviçin korpusuna daxil edilib.
O, yığmada məşqçi kimi fəaliyyət göstərəcək.
Müxtəlif illərdə "Fener", "Neftçi" İK, EKOL, "Baku Fire", "Araz-Naxçıvan" klublarının, həmçinin millinin formasını geyinmiş 40 yaşlı Ələkbərov Azərbaycan çempionu və kubokunun qalibi olub.
