UEFA çempionlar Liqası: "Araz-Naxçıvan" Rumıniya klubuna qarşı

UEFA çempionlar Liqası: "Araz-Naxçıvan" Rumıniya klubuna qarşı

Fitzal üzrə son Azərbaycan çempionu "Araz-Naxçıvan" bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirəcək.

"Mediasport" xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv 7-ci qrupda Rumıniyanın "Yunayted Qalati" klubu ilə qarşılaşacaq.

Təmsilçimizin qrupda digər görüşləri sabah Lüksemburqun "Differdanj", noyabrın 1-də isə Niderlandın "Taygers Roermond" komandalarına qarşı olacaq.


UEFA çempionlar Liqası. Əsas mərhələ. 7-ci qrup. 1-ci tur


22:00 "Araz-Naxçıvan" (Azərbaycan) - "Yunayted Qalati" (Rumıniya)

Hakimlər: Aslan Qalayev (Qazaxıstan), Valentin Kiuplea (Uels), İrmantas Kapraşovas (Litva)

Timekiper: Laurentiu Deakonu (Rumıniya)

Hakim-inspektor: Nebojsa Paniç (Serbiya)

UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro)

Rumıniya, "Sala Sporturilor Dunarea".