Avropa Liqasında yeni mövsümün I təsnifat mərhələsinin püşkü atıldı

UEFA Avropa Liqasında 2025/2026-cı illər mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.
"Mediasport" xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.
16 komanda arasında Azərbaycan kubokun qalibi "Sabah"la təmsil olunacaq.
Bu raundda məğlub olacaq komandalar yollarına Konfrans Liqasının II mərhələsində davam edəcəklər.
Avroliqanın ilk təsnifat mərhələsinin görüşləri iyulun 10-da və 17-də baş tutacaq.
UEFA Avropa Liqası. 1-ci təsnifat mərhələsi
"Şaxtyor" (Donetsk, Ukrayna) - "İlves" (Finlandiya)
“Şerif” (Moldova) - "Priştina" (Kosovo)
"Spartak" (Trnava, Slovakiya) - "Hekken" (İsveç)
"Sabah" (Azərbaycan) - "Selye" (Sloveniya)
“Legiya” (Polşa) - "Aktobe" (Qazaxıstan)
AEK (Larnaka, Kipr) - “Partizan” (Serbiya)
"Pakşi" (Macarıstan) - ÇFR (Rumıniya)
"Levski" (Sofiya, Bolqarıstan) - "Hapoel" (Beer-Şeva, İsrail)