Avropa Liqasında 1/4 final: 4 oyunun yalnız birində qalib oldu

Avropa Liqasında 1/4 final: 4 oyunun yalnız birində qalib oldu

UEFA Avropa Liqasında 1/4 final mərhələsi start götürüb.

"Mediasport" xəbər verir ki, azarkeşlər 4 qarşılaşmanın şahidi olublar.

Yalnız bir matçda qalib müəyyənləşib.

"Qarabağ"ın əsas mərhələdə Norveçdə məğlub etdiyi "Budo Qlimt" "Latsio"ya qalib gəlib.

Cavab görüşləri aprelin 17-də baş tutacaq.


UEFA Avropa Liqası. 1/4 final. İlk oyunlar


"Budö Qlimt" (Norveç) - "Latsio" (İtaliya) 2:0

"Lion" (Fransa) – "Mançester Yunayted" (İngiltərə) 2:2

"Reyncers" (Şotlandiya) – "Atletik" (İspaniya) 0:0

"Tottenhem" (İngiltərə) – "Ayntraxt" (Almaniya) 1:1