UEFA Gənclər Liqası: "Qarabağ" səfərdə "Napoli" ilə üz-üzə gəlir
"Qarabağ"ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyununa çıxacaq.
"Mediasport" xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Liqa mərhələsinin 5-ci turu çərçivəsində İtaliyada "Napoli"nin qonağı olacaq.
Görüş Bakı avxtilə saat 17:00-da start götürəcək.
Xatırladaq ki, 4 turdan sonra təmsilçimiz 0 xalla sonuncu, neapollular isə 3 xalla 25-ci pillədə qərarlaşıb.
