UEFA Millətlər Liqasında bürünc medalçı komanda müəyyənləşdi

UEFA Millətlər Liqasında bürünc medalçı komanda müəyyənləşdi

UEFA Millətlər Liqasında bürünc medalı qazanan komanda müəyyənləşib.

“Mediasport” xəbər verir ki, Fransa yığması üçüncü yer uğrunda görüşdə Almaniya futbolçularına qalib gəlib.

Bundestimin qapısından iki cavabsız top keçirən Didye Deşamın "xoruzlar"ı "Dördlər finalı"nda üçüncü olublar.

Meydan sahibi Almaniya yarışı 4-cü sırada başa vurub.

Qeyd edək ki, turniri final qarşılaşması bu axşam İspaniya və Portuqaliya milliləri arasında baş tutacaq.

Görüş Bakı vaxtilə saat 23:00-da start götürəcək.