UEFA: "Qarabağ" Niderland klubları ilə oyunlarda qələbə qazanmayıb"
UEFA-nın rəsmi saytı dekabrın 10-da Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Bakıda baş tutacaq "Qarabağ" - "Ayaks" matçına toxunub.
"Mediasport" xəbər verir ki, Avropa futbol qurumunun orqanı hər iki komanda barədə statistik məlumatlar paylaşıb.
Qeyd edilib ki, tərəflər artıq ikinci dəfə üz-üzə gələcəklər:
"Bu komandalar ötən mövsüm Avropa Liqasının əsas mərhələsində Bakıda qarşılaşıblar. Amsterdam təmsilçisi 3:0 hesablı qələbə qazanmışdı.
"Qarabağ" Niderland klubları ilə oyunlarda qalib gəlməyib. Azərbaycan çempionu əvvəlki beş Avropa matçının 3-də heç-heçə edib, 2-də uduzub. Lakin “Ayaks” da son səkkiz Avropa oyununda məğlub olub. Bu, klubun tarixində ən uzun məğlubiyyət seriyasıdır".
Xatırladaq ki, "atlılar" indiyədək 4 dəfə "Tvente" ilə üz-üzə gəliblər - 3:1, 0:0, 0:0 və 1:1.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" dueli saat 21:45-də başlanacaq.
