"Qarabağ" UEFA-ya şikayət etdi - İspaniya klubu cəzalandırıldı
UEFA "Qarabağ"ın şikayəti əsasında İspaniyanın “Atletik” klubunu cəzalandırıb.
"Mediasport" xəbər verir ki, buna Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbaoda Azərbaycan çempionu ilə baş tutan matçda meydan sahibi azarkeşlərinin tribunalarda qondarma respublikanın bayrağını açması səbəb olub.
Pireneylilər Avropa futbol qurumuna 10 min avro cərimə ödəyəcəklər.
Qeyd edək ki, Ağdam təmsilçisi həm oyundan əvvəl, həm də matç zamanı baş vermiş təxribatlarla bağlı UEFA-ya şikayət etmişdi.
Görüş ispanların 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
