Azərbaycan milliləri Hindistan və Argentina yığmaları ilə qarşılaşır
Özbəkistanın paytaxtı Səmərqənddə 46-cı Ümumdünya Şahmat Olimpiadası davam edir.
"Mediasport" xəbər verir ki, bu gün yarışda 8-ci turun görüşləri keçiriləcək.
Azərbaycanın kişilərdən ibarət komandası turnirin son çempionu Hindistan, qadın yığmamız isə Argentinadan olan həmkarları ilə üz-üzə gələcək.
Kişi kollektivimiz 7 turdan sonra 12 xalla 2-6-cı yerləri bölüşsə də, əlavə göstəricilərə görə 5-ci sırada qərarlaşıb.
Qadın millimiz 10 xalla 14-cü pillədə qərarlaşıb.

