"Turan Tovuz"un yola saldığı müdafiəçi Bakı klubuna keçdi

 "Turan Tovuz"un yola saldığı müdafiəçi Bakı klubuna keçdi

“Səbail” heyətinə daha bir futbolçu cəlb edib.

"Mediasport" xəbər verir ki, Bayıl təmsilçisi Sadiq Qulievlə anlaşıb.

Son olaraq "Turan Tovuz"da forma geyinmiş 30 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Quliyev daha əvvəl "Qəbələ" və "Zirə"də oynayıb.