Yığmamız Avropa çempionatında Slovakiya millisinə qalib gəldi
20 yaşadək kişi basketbolçulardan ibarət Azərbaycan millisi Slovakiyada keçirilən FİBA U-20 Avropa çempionatının B divizionunda ikinci oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, komandamız meydan sahibi yığma üzərində qələbə qazanıb - 72:66.
Basketbolçularımızın növbəti rəqibi 14-də İrlandiya seçməsi olacaq.
Xatırladaq ki, U-20 ilk turda isveçrəli həmkarlarına uduzmuşdu (58:85).


