"Sabah" ardıcıl 4-cü dəfə çempion oldu - ABL-də mövsüm yekunlaşdı
Azərbaycan Basketbol Liqasının (ABL) qalibi məlum olub.
"Mediasport" xəbər verir ki, "Sabah" ardıcıl dördüncü dəfə ölkə çempionluğunu qazanıb.
"Bayquşlar" final seriyasının üçüncü oyununda da "Abşeron Lions"dan üstün olublar - 108:95.
İlk iki dueldə də qələbə qazanan Masazır təmsilçisi 98:93 və 112:84 hesablı qələbələr əldə etmişdi.
Sonda qaliblər kubok və medallarla təltif olunublar. Çempion komandaya kuboku gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Basketbol Federasiyasının prezidenti, elm və təhsil naziri Emin Əmrullayev təqdim ediblər.
