Zaur Hacıyevi Latviyaya çağırdılar - EEVZA-nın oyunlarında işləyəcək
Beynəlxalq dərəcəli voleybol hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.
"Mediasport" xəbər verir ki, ədalət təmsilçisi 18 yaşadək oğlanlar arasında keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında hakimlik edəcək.
Yarış noyabrın 20-23-də Latviyanın Dauqavpils şəhərində baş tutacaq.
Turnirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Estoniya, Latviya və Polşanın milli komandaları mübarizə aparacaq.
