Yığmalarımızın növbəti matçlarının təqvimi açıqlandı - Avropa Liqası
Qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar.
"Mediasport" xəbər verir ki, hər iki yığmamız bu gün ikinci turun oyunlarının keçiriləcəyi ölkələrə yola düşüb.
Qadınlardan ibarət milli komandamız ikinci turun oyunlarını İspaniyanın Alikante şəhərində keçirəcək.
Yığmamız bu mərhələdə Şimali Makedoniya və ev sahibi İspaniya milliləri ilə qarşılaşacaq.
Kişilərdən ibarət milli komandamız isə növbəti turun oyunlarını Rumıniyanın Mioveni şəhərində keçirəcək.
Komandamız bu mərhələdə İspaniya və Rumıniya yığmaları ilə qüvvəsini sınayacaq.
Xatırladaq ki, Avropa Liqasında ikinci turun oyunları 12-14 iyun tarixlərində keçiriləcək.
Qadınlar
12 iyun
21:30 Şimali Makedoniya - İspaniya
13 iyun
20:30 Azərbaycan - Şimali Makedoniya
14 iyun
20:00 İspaniya - Azərbaycan
Kişilər
12 iyun
20:00 Azərbaycan - Rumıniya
13 iyun
20:00 İspaniya - Azərbaycan
14 iyun
20:00 Rumıniya - İspaniya


