Kurban Berdiyev qələbəni şərh etdi: "Bir daha buna şahid olduq"
"Ümumiyyətlə, kubok oyunları gərgin keçir. Bu gün bir daha buna şahid olduq".
"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib.
Mütəxəssis Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Şahdağ Qusar"la oyunu haqda danışıb.
O, qələbəni şərh edib:
"Bu oyunda əsasən az şans qazanan oyunçulara özlərini göstərmək üçün imkan verdik".
Xatırladaq ki, Tovuz təmsilçisi qusarlılara 2:1 hesabı ilə qalib gəlib.
