"Neftçi"nin Polşada keçirəcəyi 2-ci oyunu da canlı yayımlanacaq

"Neftçi"nin iyulun 22-də Polşada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində baş tutacaq ikinci yoxlama oyunu da canlı yayımlanaacaq.
"Mediasport" xəbər verir ki, Samir Abasovun komandası yerli "Termalitsa Nyeçetşa” klubu ilə üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 13:30-da (yerli vaxtla 11:30) start götürəcək görüş “Sportovi novini” stadionunda təşkil olunacaq.
Azarkeşlər matçı “Neftçi TV” vasitəsilə canlı yayımda izləyə biləcəklər.
Qeyd edək ki, ilk yoxlama oyununda “Hapoel"lə (Təl-Əviv, İsrail, 1:1) bərabərə qalan “ağ-qaralar” digər hazırlıq qarşılaşmalarını iyulun 27-də “Asteras" (Yunanıstan), avqustun 1-də isə AEL-ə (Kipr) qarşı keçirəcəklər.