"1:5 uduzmuşuqsa, oyunla bağlı danışmağa çox sözüm yoxdur"

"1:5 uduzmuşuqsa, oyunla bağlı danışmağa çox sözüm yoxdur"

"İlk növbədə "Qarabağ"ı və azarkeşlərini təbrik edirəm. "Qarabağ" qələbəyə layiq idi, bizdən çox yaxşı oynadılar".

"Mediasport" xəbər verir ki, bu sözləri "Şkendiya"nın baş məşqçisi Yeton Begiri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la cavab oyunundan sonra (1:5) keçirilən mətbuat konfransında deyib:

Mütəxəssis öncə matçla bağlı fikirlərini bölüşüb:

"1:5 uduzmuşuqsa, oyunla bağlı danışmağa çox sözüm yoxdur. Biz birinci hissədə çox pis oynadıq və 4 qol buraxdıq. Sabahdan oyunu analiz edəcəyik və Avropa Liqasının pley-off mərhələsi üçün motivasiya tapmağa çalışacağıq. "Qarabağ"a uğurlar arzulayıram".

Çalışdırıcı daha sonra jurnalistlərin suallarını cavablandırıb:

İlk oyunda fiziki problem yaşadığınızı demişdiniz. Sizcə, bu gün fiziki problem məğlubiyyətinizə səbəb oldu, yoxsa "Qarabağ"ın keyfiyyəti və səviyyəsi təsirini göstərdi?

- Çox səbəb var. İntensivlik və fiziki problem. Ən birinci problem odur ki, erkən qollar buraxdıq. Bu məsələdə problemləri həll etməliyik. Bizim çempionatla müqayisədə Çempionlar Liqasında gərginlik çox yüksəkdir.

Bu hesab sizin üçün sürpriz oldu, yoxsa gözləyirdiz?

- 1:5 nəticəsini gözləmirdik. Daha yaxşı oynayıb, daha yaxşı nəticə istəyirdik. Bizim üçün əhəmiyyətli olan təcrübələrdən dərs çıxarmaqdır. Bu oyunlardan nəsə öyrənməyə çalışacağıq.