Fransa çempionu vəfat etdi

  Fransa çempionu vəfat etdi

Fransalı məşqçi Brayan Berqunyo 43 yaşında dünyasını dəyişib.

"Mediasport" xəbər verir ki, "Lion"un (Olimpik) keçmiş futbolçusu 2023-cü ildən xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

Veteran oyunçu "Lion", "Tuluza" (hər ikisi Fransa), "Leççe" (İtaliya) kimi klubların formasını geyinib.

Brayan karyerası ərzində ümumilikdə 414 oyuna çıxıb, 59 qol vurub və 40 məhsuldar ötürmə edib.

4 dəfə Fransa çempionatının, 3 dəfə Fransa Superkubokunun, 1 dəfə İtaliya B Seriyasının qalibi olub.

O, "Evian" və "Tours" klublarında baş məşqçi kimi çalışıb.