Neymar məşqdə onu driblinqlə keçən Robinyonun oğlu ilə dalaşdı

Neymar məşqdə onu driblinqlə keçən Robinyonun oğlu ilə dalaşdı

Braziliyanın "Santos" klubunun məşqində xoşagəlməz hadisə qeydə alınıb.

"Mediasport" xəbər verir ki, ulduz futbolçu Neymar komanda yoldaşı, yaxın keçmişin məşhur hücumçusu Robinyonun oğlu Junyor Robinyo ilə insident yaşayıb.

Məlumata görə, hadisəyə səbəb Robinyonun Neymarı baxımlı driblinqlə aldatması olub.

Həmkarının hərəkətini özünə qarşı hömrətsizlik adlandıran Neymar Robinyo ilə tutuşaraq onu itələyib.

İnsidentə dərhal müdaxilə edən məşqçilər korpusu hadisənin böyüməsinin qarşısını alıb.