FACİƏ! 44 yaşlı baş məşqçi oyun zamanı yıxılaraq dünyasını dəyişdi

FACİƏ! 44 yaşlı baş məşqçi oyun zamanı yıxılaraq dünyasını dəyişdi

Dünya futbolunda faciə yaşanıb.

"Mediasport" xəbər verir ki, ölüm faktı Serbiyada qeyd alınıb.

Kraqoyevaç təmsilçisi “Radniçki”nin baş məşqçisi Mladen Jijoviç ürəktutmasından vəfat edib.

44 yaşlı mütəxəssis Serbiya Superliqasının 14-cü turu çərçivəsində “Mladost"la səfərdə keçirilən görüşün gedişində huşunu itirib. Jijoviç xəstəxanaya çatdırlsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qarşılaşma 41-ci dəqiqədə dayandırılıb.

Qeyd edək ki, Mladen Jijoviç “Radniçki”yə iki həftə əvvəl baş məşqçi təyin edilmişdi.