AÇ-də fərdi yarışlar yekunlaşdı, millimiz iki qızıl medal qazandı

  AÇ-də fərdi yarışlar yekunlaşdı, millimiz iki qızıl medal qazandı

Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçirilir.

"Mediasport" xəbər verir ki, Aslan Kotsoyev (90 kq) Luka Cavaxişviliyə, Davud Namazlı (100 kq) ​1/16 finalda İvan Titinkinə məğlub olub.

Ramazan Əhmədov (100 kq) 1/8 finalda Yannis Antoniu ilə bacarmayıb.

Nigar Süleymanova (78 kq) 1/8 finalda Emma-Melis Aktaşa uduzub.

Bununla da millimiz yarışı 2 qızıl və 1 bürünc medalla bitirib.

Komandamızın heyətində Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.

Xatırladaq ki, sabah Avropa çempionatında komanda yarışı olacaq.