Hidayət Heydərov mübarizəni dayandırdı - Dünya çempionatı
Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərov Bakıda keçirilən cüdo üzrə dünya çempionatında mübarizəni dayandırıb.
"Mediasport" xəbər verir ki, 73 kq çəkidə yarışan dünya çempionu 1/8 finalda İtaliya təmsilçisi Covanni Espozitoya uduzub.
Təmsilçimiz 3-cü xəbərdarlıqdan sonra - cərimə xalları ilə məğlub olub.
Eyni çəkidə digər cüdoçumuz Rəşid Məmmədəliyev isə 1/8 finalda böyük britaniyalı Etan Nairinyə qalib gəlib. O, 1/4 finalda fransalı Dayyan Bulemtapeslə qarşılaşacaq.
Bu gün mübarizəyə qoşulan Xədicə Qədəşova da ümidləri doğrultmayıb. 57 kq çəkidə gücünü sınayan idmançımız 1/32 finalda qırğızıstanlı Janar Joldoşeva ilə bacarmayıb.
Görüşlər "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanır.
Xatırladaq ki, Milli Gimnastika Arenasında keçirilən DÇ oktyabrın 11-də yekunlaşacaq.
Azərbaycan yığmasından hələlik Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.

