AÇ: Milli komandamızın Belçika və Litvaya qarşı heyəti açıqlandı

AÇ:  Milli komandamızın Belçika və Litvaya qarşı heyəti açıqlandı

Çimərlik futbolu üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsi üçün heyəti açıqlanıb.

"Mediasport" xəbər verir ki, baş məşqçi Sahib Məmmədov düşərgəyə ikisi qapıçı olmaqla 12 futbolçu çağırıb.

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;

Oyunçular: Sahib Məmmədov, Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, Kamil Hüseynov.

Qeyd edək ki, turnir sentyabrın 7-dən 15-dək İtaliyanın Viareccio şəhərində təşkil olunacaq. B Liqasının A qrupunda yer alan Azərbaycan millisi Belçika və Litva ilə üz-üzə gələcək.

Final mərhələsində B Liqası hərəsində 3 komanda olmaqla iki qrupdan ibarətdir. Qruplarda ilk iki yeri tutacaq komandalar sentyabrın 13-də yarımfinalda qarşılaşacaqlar. Sentyabrın 14-də isə final və 3-cü yer uğrunda görüş keçiriləcək.


Millimizin oyunlarının təqvimi


11 sentyabr

16:00. Azərbaycan - Belçika

12 sentyabr

12:15. Litva - Azərbaycan