Mahir yenə də "23-lük"dən kənar qaldı, komandası qələbə qazandı

Mahir yenə də "23-lük"dən kənar qaldı, komandası qələbə qazandı

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 8-ci turun görüşləri keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin heyətində olduğu "Kayzerslautern" doğma meydanda "Bohum"u qəbul edib.

Görüş birincilərin inamlı qələbəsilə yekunlaşıb - 3:2.

Ardıcıl 3 turdur adı iştirak ərizəsinə salınmayan 28 yaşlı hücumçu bu dəfə də "23-lük"dən kənarda qalıb.

Forvardın baş məşqçi Torsten Liberknextlə yola getmədiyi deyilir.

Xal ehtiyatını 15-ə çatdıan "Kayzerslautern" turnir cədvəlində 5-cidir.