3 yeniyetmə karateçimiz “Budapest Open”də qızıl medal qazandı

 3 yeniyetmə karateçimiz “Budapest Open”də qızıl medal qazandı

Azərbaycanın yeniyetmə karateçiləri Macarıstanda keçirilən 29-cu “Budapest Open” beynəlxalq karate turnirində uğurla çıxış ediblər.

"Mediasport" xəbər verir ki, təmsilçilərimiz 3 gün davam edən yarışda 4 medal qazanıblar.

Bütün rəqiblərinə qalib gələn Şahməmmədli Nəzrin (U-14, -42 kq), Qasımova Xədicə (U-14, -52 kq) və Abbasov Çingiz (U-8, -24 kq) çempion olublar.

Şahməmmədli Ramal (U-12, -35 kq) isə yalnız finalda uduzaraq gümüş mükafata yiyələnib.

Komanda turnirdə məşqçilər Coşqun Sadıqov və Cəmilə Qasımovanın rəhbərliyi altında mübarizə aparıb.