Ruslan Abışov, Vurğun Hüseynov, Amit Quluzadə, Vüqar Mustafayev..

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi başlayıb.
"Mediasport" xəbər verir ki, dörd gün davam edəcək məşğələlərə təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik edirlər.
Xatırladaq ki, məşqçi kursunun 2-ci modulu 8-11 sentyabrda baş tutacaq.
Kurslara millinin sabiq futbolçularından Ruslan Abışov və Vurğun Hüseynov, həmçinin Vüqar Mustafayev, Vüqar Bəybalayev və Amit Quluzadə də qatılıblar.