AFFA rəsmiləri Albaniyaya yollandı
AFFA rəsmiləri Albaniyanın paytaxtı Tiranada "UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı" mövzusunda regional seminarda iştirak ediblər.
"Mediasport" xəbər verir ki, tədbirdə qurumun Lisenziya və Qeydiyyat departamentinin əməkdaşları - departamentin rəisi Seymur Səlimli, Lisenziya şöbəsinin baş mütəxəssisi Aynur Abdullayeva və aparıcı mütəxəssisi Nərmin Sidaliyeva iştirak ediblər.
Seminar zamanı UEFA-nın çoxklublu mülkiyyət tələbləri və onların tətbiqi, Avropa Futbol mühiti, yerli maliyyə monitorinqi, hüquqi qrup strukturu və hesabat perimetri, UEFA həmrəylik mexanizmi və klub lisenziyalaşdırılması müzakirə olunub.
