Milli Komandaların Təlim-Məşq Mərkəzində Elit layihəsi keçirildi

  Milli Komandaların Təlim-Məşq Mərkəzində Elit layihəsi keçirildi

Elit layihəsi çərçivəsində seleksiya xarakterli turnir keçirilib.

AFFA-dan "Mediasport"a verilən məlumata görə, Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan turnirin təşkilində əsas məqsəd müxtəlif komandalarda çıxış edən istedadlı futbolçuların izlənilməsi və Elit layihəsinə cəlb olunması üçün seçim prosesinin aparılmasıdır.

2013-cü il təvəllüdlü futbolçulardan ibarət 19 komanda arasında keçirilən yarışın qalibi “Ağsu City” olub.

2014-cü il təvəllüdlü futbolçulardan ibarət 9 komandalı turnirdə isə “Xan” çempionluğu əldə edib.

Elit layihəsinin direktoru Mirbağır İsayev, skaut Ramiz Əhmədov, həmçinin AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov oyunları izləyərək futbolçuların çıxışlarını dəyərləndiriblər.

Seçilən oyunçuların gələcək inkişaf perspektivləri nəzərə alınaraq onların Elit layihəsinə cəlb olunması istiqamətində müvafiq işlər davam etdiriləcək.