"Qarabağ" ev oyunlarını yenidən "Azersun Arena"da keçirəcək
"Qarabağ" ev oyunlarını keçirdiyi "Azersun Arena"nın ot örtüyündə renovasiya işləri aparılıb.
Bu barədə "Mediasport"a Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib.
Aparılan yenilənmə və bərpa işlərindən sonra bölgə təmsilçisi ev oyunlarını yenidən "Azersun Arena"da keçirəcək.
"Atlılar"ın mövsümün əvvəlki oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda isə renovasiya və yenilənmə işləri görüləcək.
Qeyd edək ki, "Azersun Arena" ötən mövsümün sonlarında bərpa işləri üçün bağlanmışdı.

