Klubun təsisçisi "Kəpəz"in sabiq rəhbərini əmrlə prezident təyin etdi

Klubun təsisçisi "Kəpəz"in sabiq rəhbərini əmrlə prezident təyin etdi

2025-ci ildə bir neçə ay "Kəpəz"in İdarə Heyətinin sədri olmuş Namik Qədirov özünə yeni iş yeri tapıb.

"Mediasport" xəbər verir ki, o, bölgənin digər təmsilçisi - 1-ci Liqada yarışan “Gəncəbasar” klubunun prezidenti təyin edilib.

Bu barədə klubun təsisçisi Həşim Mövsümzadə əmr imzalayıb.

Bildirilib ki, Namik Qədirov klubun strateji inkişafına, ümumi idarəetməsinə, idman və inzibati fəaliyyətinin əlaqələndirilməsinə rəhbərlik edəcək.

Qeyd edək ki, "Gəncəbasar" çempionatda 7 turdan sonra 16 xalla 2-ci sırada qərarlaşıb və lider "Şahdağ Qusar"dan 2 xal geri qalır.