Zəfər Günü münasibətilə qazi övladları üçün tədbir keçirildi

 Zəfər Günü münasibətilə qazi övladları üçün tədbir keçirildi

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) "10ların təbəssümü" layihəsi çərçivəsində 8 Noyabr - Zəfər Günü münasibətilə qazi övladları üçün bayram tədbiri təşkil olunub.

Bu barədə "Mediasport"a agentliyin mətbuat xidmətindən bildirilib.

AMADA-nın təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində agentliyin icraçı direktoru Təhminə Tağı-zadə çıxış edib.

O, Zəfər Gününün xalqımızın qəhrəmanlığını, birliyini və milli qürurunu təcəssüm etdirən əlamətdar gün olduğunu vurğulayıb.

Tədbir çərçivəsində uşaqlara təmiz idman dəyərləri, idmanda dürüstlük və ədalət prinsipləri, eləcə də dopinqin və narkomaniyanın insan sağlamlığına, həyatına və gələcəyinə mənfi təsirləri barədə məlumat verilib.

Tədbirin əyləncəli hissəsində isə uşaqlar virtual reallıq dünyasına səyahət edərək, maraqlı və unudulmaz anlar yaşayıblar.