"İkinci hissədə texniki səhvlər buraxmağa başladıq"

 "İkinci hissədə texniki səhvlər buraxmağa başladıq"

Azərbaycan futzal millisinin baş məşqçi vəzifəsini müvəqqəti icra edən Elvin Quliyev DÇ-2028-in Lənkəranda keçirilmiş Çexiya ilə oyununu dəyərləndirib.

"Mediasport" xəbər verir ki, mütəxəssis inkişaf yolunda gənclərə güvəndiklərini açıqlayıb:

“Bizi dəstəkləmək üçün Lənkərana gəldiyinizə görə çox sağ olun. Oyunun əvvəlində, ilk hissədə hər şey plan üzrə gedirdi.

İkinci hissədə isə texniki səhvlər buraxmağa başladıq və rəqib bunu bizə bağışlamadı. Sonda risk etməli olduq və hesabı bərabərləşdirdik.

Biz gənclərə yer verib inkişaf etmək istəyirik. Gənclər belə oyunlarda təcrübə qazanaraq oynamağı öyrənməlidirlər”.

Qeyd edək ki, görüş 2:2 hesabı ilə yekunlaşıb.

Azərbaycan millisi növbəti oyununu noyabrın 8-də Latviya yığmasına qarşı keçirəcək. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq.